Payızlıq kartof

  • SpaceTV
  • 16 Noyabr 2019 16:23

Cəliabadda ildə iki dəfə-yaz və payızda kartof əkilir. Payızlıq kartofun əkini daha çox fərdi təsərrüfatlarda həyata keçirilir. Elə rayonun Maşlıq kənd sakini Eldəniz Novruzov da payızlıq kartoqf əkib. Əkindən tutmuş məhsul yığımına kimi kartof sahələrinə aqrotexniki qaydada qulluq edildiyindən məhsuldarlıq da yaxşıdır. Artıq kartof yığımına başlayıb. Lakin əvvəlki illərdən fərqli olaraq cari mövsümdə kartof qoşqulu atlarla deyil, yeni aldığı texnika ilə  çıxarılır.

Təsərrüfat sahibinin dediyinə görə, texnikaya 3,5 lider dizel yanacağı doldurduqdan sonra yanacağa qənaət etməklə onu səhərdən axşama kimi fasiləsiz işlətmək olur. Bununla da artıq xərclərə yol verilmir. Bu il məhsuldarlıq bol olub. Kartofun satışında da elə bir problem yoxdur.

Hazırda rayonun fərdi təsərrüfatlar;nda payızlıq kartof yığımı davam edir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun