Payızlıq kələm yetişdirilib

  • SpaceTV
  • 30 Oktyabr 2019 15:23

Cəlilabad rayonunda torpaq-iqlim şəraiti təkrar əkinlər üçün əlverişlidi.. Ən çox təkrar əkilən məhsullar isə xiyar, lobya, kartof, kələm, yerkökü  bitkiləridi. Faraş əkilən bitkinin ardınca, yay və payız mövsümü üçün burda 2- 3 dəfəyədək məhsul yetişdirilir.  Bu məqsədlə seçilmiş sahələrdə fermerlər intensiv üsulla əkin sxemindən asılı olaraq hər hektara 5-7 minədək kələm ştili köçürə bilirlər. Ardıcıl aqrotexniki  qulluq nəticəsində  təxminən  hər hektardan 100-120 sentner məhsul əldə olunur.   .

Ötən illə müqayisədə bu il məhsul boldur. Bir neçə gündən sonra sahələrdən kələm yığımına start veriləcək. Sahələrdə məhsuldarlığın yüksək olması təsərrüfat sahiblərinin də ürəyincədir. 

Qeyd edək ki, bu il Cəlilabad rayonunda 20 hektardan çox  sahədə payızlıq kələm bitkisi yetişdirilib.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun