PAYIZDA 2-Cİ DALĞA OLA BİLƏR-VİDEO

  • SpaceTV
  • 7 Avqust 2020 13:42

İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi yaşanır.Bəs payiz aylarinda ölkəmizdə də  koronavirusun 2-ci dalğası ola bilərmi?

Space TV-nin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatıbütün dünya ölkələrinə payız aylarına hazırlıqla bağlı tövsiyələr verib. Çünki xəstəliyin gedişatını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə hansısa formada mutasiyaya uğrama ehtimalı, bu virusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola və səhiyyə müəssisələrinin üzərinə düşən yükü artıra bilər.

İnfeksionist Nəzrin Mustafayeva insanların  daha çox qapalı yerlərdə vaxt keçirirmələrinin payız aylarında 2-ci dalğanın yaranmasına səbəb olacağını deyib.

Qeyd edək ki, artıqiki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi yaşanır.Almaniyada virusun  gözlənilən ikinci dalğası artıq başlayıb. Estoniyanın Səhiyyə Departamenti isə  ölkədə Covid 19-un ikinci dalğası barədə məlumat yayıb.

Paylaş

 Xəbəriniz olsun