Payıza saylı günlər qalır

  • SpaceTV
  • 17 Sentyabr 2019 12:21

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq. Bu vaxt  sentyabrın 23-də saat 11.50-də qeydə alınacaq. Bununla da   gecə-gündüz bərabərliyi baş verir. Bu zaman Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir.

Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Qış fəsli isə dekabrın 22-də saat 08.19-da ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur.

Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur. 

Paylaş

 Xəbəriniz olsun