Payız lövhələri

  • SpaceTV
  • 22 Noyabr 2019 16:18

Şirvan Milli Parkı. Çəkliş üçün əbəs yerə bu yeri seçmədik. Çünki burada olanda görürsən ki, payız fəsli özü ilə ölkəmizə təkcə soyuq hava deyil, həm də bir istilik, canlanma gətirib. Bunun nəticəsidir ki, səhra, yarımsəhra iqliminin höküm sürdüyü boz çöllər, hazırda ilmə-ilmə toxunan və rənglərin harmoniyasına qərq olan xalını xatırladır.

Parkın mərkəzində yerləşən “Qızıl qaz” gölüdə payızın gəlişindən nəsibin alan məkanlardandır. Burada əksər köçəri quşlar, əsasən də qızıl qazlar qışlamaqla göldə canlanma yaradıblar. Dəstə-dəstə uçmaqla ecazkar mənzərə portireti cızan köçəri quşlar, müxtəlif səslər çıxarmaqla, həm də gölə gələnlərin ruhun oxşayırlar.

Parka gəlməklə buranın daimi sakinləri ceyranları da yaxından və fərqli şəkildə görmək mümkündür. Bu fəsildə daha aktiv olan təbiət inciləri payızda daha çox ailə şəklində gəzirlər. Bütün bu gözəllikləri asanlıqla, istənilən hava şəraitində, hətta yağışlı, qarlı havalarda belə rahat gəzib, zövq almaq imkanıda var. Ümumiyyətlə parka təşrif buyuranlar da məmnunluğu artırmaq və təbiətin yaratdığı ezazkar gözəlliyi qonaqlara daha ətraflı çatdırmaq üçün Milli Parkın girişində İnformasiya Mərkəzinin yaradılması planlaşdırılır. Bundan əlavə müşahidələrin daha geniş miqyasda aparılmasını təmin etmək üçün “Qızıl qaz” gölünün yaxınlığındakı mövcud estakadanın yenidən qurulması və yenilərinin inşası da nəzərdə tutulub.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun