Payız fəsli bu gün başlayacaq

  • SpaceTV
  • 23 Sentyabr 2019 12:18

Azərbaycanda payız fəsli bu gün – sentyabrın 23-də saat 11:50-dən başlayacaq. Bu barədə “Space”  Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən  məlumat verir.

Rəsədxananın məlumatına görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək. Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Rəsədxanadan o bildirilib ki, dekabrın 22-də 08:19-da isə Azərbaycana qış fəsli qədəm qoyacaq.

Paylaş

 Xəbəriniz olsun