Paşinyanla işləmək çətinləşir

  • SpaceTV
  • 11 Sentyabr 2019 15:47

“Ermənistanın baş naziri Nikol Paşinyanla işləmək çətindir, dəngəsizdir, özündən tez çıxır, adamı təhqir edə bilər”. Bunu “Qraparak” nəşri yazıb. Bildirilib ki, Ermənistan Mill Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan işdən azad olunmaq barədə istefa ərizəsi yazıb, ancaq Nikol Paşinyanın çağırışından sonra işləməyə razılıq verib.

 “Bu məlumatı dövlətin uyğun qurumları təkzib etsə də, Ermənistan kiçik dövlətdir. Bir qayda olaraq, belə informasiya həqiqətə uyğun olur. Artur Vanesyanın istefası məsələsini araşdırarkən öyrəndik ki, təkcə o, deyil, hökumətin az qala bütün üzvləri işdən öz istəkləri ilə azad olunmalarına dair ərizə yazıb. Mənbə qeyd edib ki, Belə ərizələri ya Nikol Paşinyan, ya da müraciət edənlər özləri cırırlar. Belə ərizələri baş nazirin müavinləri, nazirlər və şəhər valiləri yazıblar. Məsələ Nikol Paşinyanla işləməyin asan olmamasındadır. O, özündən tez çıxır, əsəbləşəndə adamı təhqir edə və “ərizəni yaz” deyə bilər. Sakitləşəndən sonra bəzən etdiyi hərəkətə görə təəəssüflənir. Ancaq kabinet işçiləri belə davranışa dözmür. İşi buraxıb getməyə cəhd göstərirlər”, – qəzet yazıb. 

Paylaş

 Xəbəriniz olsun