Paşinyanın müşaviri Ermənistanın cinayətini etiraf etdi

  • Space TV
  • 7 Oktyabr 2020 11:55

Ermənistanın Baş naziri Nikol Paşinyanın Baş müşaviri Vaqarşak Arutyunyan “Rossiya 1” telekanalına müsahibəsində dinc əhalini hədəf aldıqlarını etiraf edib.

Spacetv.az xəbər verir ki, xəbər buraxılışında efirə gedən müsahibədə Arutyunyan Ermənistan ordusunun Azərbaycan ərazisindəki dinc yaşayış məskənlərini hədəf alacağını açıqlayıb: “Hazırda artilleriya qurğularının və hava hücumundan müdafiə sistemlərinin vurulması üzrə taktika hazırlanıb, daha sonra isə panika yaratmaq üçün dinc yaşayış məntəqələri vurulacaq”,-deyə Arutyunyan qeyd edib.

Arutyunyanın bu açıqlamasından sonra müsahibənin davamının efirə verilməsi dayandırılıb.

Xatırladaq ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz tvitter hesabında xəritə tipli infoqrafika paylaşaraq ermənilərin müxtəlif istinad nöqtələri ilə Gorus və Vardenis rayonlarından Azərbaycanın 6 mülki ərazisinə raket hücumları təşkil etdiyini qeyd etmişdi. Belə ki, Vardenisdən Xızı, Abşeron, Mingəçevir, Gəncə, Gorusdan isə Tərtər və Beyləqan atəşə tutulur. 

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə Azərbaycanın peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdırılacağını bildirmişdi.

Paylaş

 Xəbəriniz olsun