Paşinyanın gülünc bəraətləri…

  • SpaceTV
  • 29 May 2020 15:09

Demək olar ki, əksər ölkələrin, ələlxüsus da Rusiya kütləvi informasiya vasitələrinin xəbər agentliklərində belə bir başlıq görmək olar – “Ermənistan baş naziri kollaborasionist babasına bəraət qazandırmağa çalışdı, amma vəziyyəti daha da pisləşdirdi”. Əvvəlcə onu deyək ki, kollaborasionizm fransızcadan tərcümədə əməkdaşlıq deməkdir və bu ifadə öz dövlətinə zərbə bahasına olsa belə düşmənlə qəsdən və könüllü əməkdaşlıq mənasında işlənir. Düşünürəm ki, kollaborasionst müraciətinə layiq gördüklərimiz arsında ermənilərin simvol kimi səcdə etdikləri qaniçən Njde ilə yanaşı, hazırkı Ermənistan lideri Paşinyanın babası Vardaninin də adını çəkməliyik. Yoxsa Paşinyan Böyük vətən müharibəsində qələbənin ildönümü ərəfəsində əbəs yerə satqın babasına məzlumluq donu və patriot libası geyindirməyə çalışmazdı. Elə Rusiyalı həmkarlamızın da yazdığı kimi, sanki erməni lider “qaş düzəltmək istəyəndə göz çıxartdı”. Çünki bununla da o, öz terror, işğalçı və satqın xislətlərini ortaya qoymuş oldu. Satqın ermənini birinci satan  da elə erməni saytları oldu ki, “bəs bu nikol Vardani Paşinyan günahsız insanları qətlə yetirəcəyi barədə Hitlerə and içib, Sovetlərə qarşı vuruşub.

Xəbərin dərhal ardınca biabır olan erməni lider bu informasiyanı təkzib etmək üçün ölkəsinin müdafiə Nazirliyinə tapşırıq verir və onlar da yeni uydurma paylaşaraq, iddia etdilər ki, guya iki Paşinyan olub və Nikolun eyni adlı babası nasist deyil. Lakin arxiv sənədləri ilə sübutlar göstəriləndən sonra Ermənistanın baş nazirləri kimi, müdafiə nazirlikləri də gopçu çıxdı. Çünki Paşinyanın babasının adı vətən uğrunda ölnlərin siyahısında yox idi. Rusiya müdafiə nazirliyinin yaratdığı və özündə İkinci dünya savaşı ilə bağlı məlumatları əks etdirən Memorialda qeyd olunur ki, Paşinyanın babası nikolVartanoviç düşmənlə əməkdaşlılq edib və Ukraynanın qərbində ölüb. Onu da deyək ki, bu informasiyanı işğalçılıq və terror üzərində qurulan Ermənistanın Xarici işlər nazirliyi də təkzib etməyə çalışıb. Ermənilərin bu yalançı nazirliyi də o versiyasının üzərində dayanıb ki, guya Enokovan kəndindən cəbhəyə iki Paşinyan yollanıb və Vartanın oğlu nasist olsa da, Arakelin oğlu yəni indiki baş nazirlərinin babası isə faşistlərə xidmət etməyib. Onu da deyək ki, Rusiya Müdafiə nazirliyinin məlumat bazasında heç Arakel oğlu Paşinyan haqqında matereial yoxdur. Hər halda Paşinyanın 1913 doğumlu babası, müharibənin ilk illərində itkin sayılsa da, sonradanm məlum olub ki, Njdenin başçılığı ilə faşist Almaniyasının maraqları naminə vuruşub. Yəni ermənilərin hazırki liderlərinin babası də Hitler Almaniyası üçün ölməyi ,  vətən üçün şəhid olmağa bərabər tuturdu. 

Etiraf etmək lazımdır ki, prezident ilham Əliyevin beynəlxalq tribunalardakı çıxışlarından sonra erməni terrorları aktuallaşmağa başladı. Bəlkə də ölkə başçımız erməni cinayətlərini faktlarla gündəmə gətirməsəydi, Rusiyanın Armavirində Njde kimi qaniçən vətən xainlərinə abidələr dağıdılmazdı. Məhz prezident İlham Əliyevin beynəlxalq masaya ermənilərin terror arxivlərini qoyduğuna görə, hazırda Njde və Paşinyanın faşist babası haqqında yazılarda bizim ölkə başçımızın çıxışlarından sitatlar gətirilir. Həqiqətən Azərbaycanın lideri Ermənistanı hədər yerə qınamayıb, çünki onların işğalçılıqları, qondarma rejimləri bir yana, Ermənistanın daxilində bu gün də terror və  nasizm qəhrəmanlaşdırılır,  Njde kimilərə abidələr ucaldılır. Ermənistan baş naziri bu gün Njde və babasına bəraət qazandırmağa çalışır ki, gələcəkdə daşnakların iki əsrlik terror və cinayətlərini örtbasdır edə bilsin.

Anar Rəhimov Space tv

Paylaş

 Xəbəriniz olsun