Paşinyanın arvadı oğurluqda ittiham edilir

  • SpaceTV
  • 27 Noyabr 2020 14:51

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın saç ustası Sofya Xudoyan ona qarşı sərt ittihamlar səsləndirib. 

Spacetv.az xəbər verir ki, ittihamçı Akopyandan zinət əşyalarını qaytarmağı və sifariş etdiyi geyimlərin pulunu verməyi tələb edib.

Sofya Xudoyan bildirib ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımları Anna Akopyan tərəfindən sildirilir.

“Silmə, sən oyanana qədər mən dəfələrlə yazacam, Anna. Əgər şərəfin varsa, zəng edin, zinət əşyalarımı qaytarın, sifariş etdiyin geyimlərin pulunu verin. Bu, utancvericidir. Silməyin”.

Saç ustası yazıb ki, Annanın bu çirkin hərəkəti böyük səs-küyə səbəb olub. Lakin onun yazdığı statuslar hər dəfə olduğu kimi, yenə də silinəcək.

Paylaş

 Xəbəriniz olsun