Paşinyan yenə Qarabağa gəlir

  • SpaceTV
  • 20 Fevral 2020 12:06

Ermənistan baş naziri Nikol Paşinyan fevralın sonlarında yenidən işğal altındakı Qarabağa gələcək.

SPACE TV Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan Ermənistan və qondarma rejimin Milli Təhlükəsizlik Şurasının birgə iclasını keçirəcək.

İclasda Qarabağda son vaxtlar qeydə alınan qeyri-döyüş itkiləri, xüsusən intiharların sayının artması, həmçinin, martın 31-də keçiriləcək qondarma “prezident və parlament seçkilər”ində sabitliyin qorunması müzakirə olunacaq.

Paşinyanın səfərinin dəqiq tarixi təhlükəsizlik məqsədi ilə açıqlanmasa da, bunun fevralın son 10 günlüyündə baş tutacağı vurğulanıb.

Paylaş

 Xəbəriniz olsun