Paşinyan getdi, onu əvəz edəcək şəxs bəlli oldu

  • Space TV
  • 10 Mart 2020 16:22

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 10-dan 18-dək və martın 20-dən 24-dək məzuniyyətdə olacaq.

SPACE TV  xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Nikol Paşinyanı məzuniyyətdə olduğu müddətdə baş nazirin müavini Tiqran Avinyan əvəzləyəcək.

Paşinyan bildirib ki, konstitusiya dəyişiklikləri ilə bağlı referendum kampaniyasında fəal iştirak etmək üçün məzuniyyətə gedir.

Qeyd edək ki, referendum aprelin 5-də keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun