Paşinyan: “Çox böyük itkilərimiz var, son günlər geri çəkilmişik”

  • Space TV
  • 14 Oktyabr 2020 15:06

“Bu müddət ərzində bizim çox böyük itkilərimiz var. Son günlərdə ordu bir qədər geri çəkilib”.

Spacetv.az xəbər verir ki, “Armenian Report”un məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib.

“Biz anlamalıyıq ki, çox ağır vəziyyət yaranıb. Mən bunu sizə həqiqəti çatdırmaq üçün deyirəm”, – deyə N.Paşinyan bildirib.

Paylaş

 Xəbəriniz olsun