Paşiniyanın faşizm sevdası

  • SpaceTV
  • 19 May 2020 14:52

SİYASƏTDƏ NAŞI, İNTELLEKT KASADLIĞINI HƏR ADDIMDA BÜRUZƏ VERƏN  NİKOL PAŞİNYAN SON ÇIXIŞLARININ BİRİNDƏ TARİXDƏN DƏ HƏR HANSI  ANLAYIŞININ OLMADIĞINI NÜMAYİŞ ETDİRİB. BELƏ Kİ, ERMƏNİ LİDER 1918-Cİ İLDƏ QURULAN AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ LİDERİ  MƏHƏMMƏD ƏMİN  RƏSULZADƏNİN HİTLERLƏ ƏMƏKDAŞLIQ ETDİYİNİ VƏ BUNUNLA DA AZƏRBAYCANLILARIN SOVET İTTİFAQINI SATDIĞINI İDDİA EDİB.

ƏLBƏTTƏ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 70 MİNƏ QƏDƏR AZƏRBAYCANLI ƏSİRİ XİLAS ETMƏK İSTƏYİRDİ, LAKİN ONUN HİTLERÇİLƏRLƏ ƏMƏDAŞLIĞINI TƏKZİB EDƏN YETƏRİNCƏ SƏNƏD VAR. RƏSULZADƏNİN ADOLF HİTLERLƏ GÖRÜŞÜNDƏN İSƏ, SÖHBƏT BELƏ GEDƏ BİLMƏZ. PAŞİNYANIN  RƏSULZADƏ BÖHTANI ŞANLI TARİXİMİZİ LƏKƏLƏMƏK İSTƏYİNDƏN BAŞQA HEÇ NƏ DEYİL. LAKİN ERMƏNİLƏRİN ACİZ HƏMLƏLƏRİ ONLARIN ÖZLƏRİNİ GÜLÜNC VƏZİYYƏTƏ SALIR.

QOY ERMƏNİLƏR 1933-CÜ İLDƏ ABŞ-DA İLK TERROR TƏŞKİLATINI YARADAN, 1937-Cİ İLDƏ FAŞİST ALMANİYASI İLƏ ƏLAQƏ QURUB, TÜRKİYƏYƏ HÜCUMA HAZIRLAŞAN, 1942-Cİ İLDƏ KANAYANLA VERMAXT NƏZDİNDƏ ERMƏNİ TERROR BİRLƏŞMƏLƏRİ YARADAN NJDEDƏN DANIŞSINLAR. NJDENİN HEYKƏLİNİ AZ QALA ÖLKƏNİN SİMVOLUNA ÇEVİRƏN  PAŞİNYAN TARİXİMİZİN TƏMİZ ADLARINA DİL UZATMAQDANSA BABASI VARDANİNİN KƏSDİYİ DİLLƏRDƏN, YUMDUĞU GÖZLƏRDƏN BƏHS ETSİN.

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun