Partlayış olub

  • SpaceTV
  • 26 Oktyabr 2019 13:36

Gəncə şəhərinin İsaq Cəfarov küçəsində  Babayeva  Ziyafətə  məxsus  beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun