Partlayan bina təmir edildi

  • SpaceTV
  • 1 Noyabr 2019 17:04

Ötən il baş verən partlayış nəticəsidə yayarsız hala düşən binanın yerində tamamilə yenidən inşa olunan binada aparılan işlər yekunlaşır. İlin sonuna kimi binanın təhvil verilməsi gözlənilir.

Ümumi sahəsi 4570 kvadrat metr təşkil edən bina 5 mərtəbəli, 2 bloklu olacaq. Layihəyə görə yaşayış binasında yerləşəcək mənzillərdən 25-i bir, 10-u iki, 15-i isə üç otaqlıdır.Buna ən müasir tələblırə cavab vercək şəkildə inşaa olunmaqdadır. Burada sakinlərin rahatlığı üçün bütün mümkün imkanlar yaradılacaq. Söhbət binaların mənizllərin daha geniş və daha müasir təmiri ilə yanaşı binada istilik sisteminin və digər vacib şərtlərin  tətbiq olunmasından gedir. Beləliklə,  Şahlar Hüseynov, 13 A ünvanında  sakinlər yeni binalarda bütün müasir tələblərə cavab verəcək şəkildə yaşayacaqlar. Bundan əlavə yaşayış binasının ətrafında da abadlıq  işləri aparılacaq. Yeni yaşıllıq  zolağı salınacaq, yeni işıq dirəkləri , oturacaqlar qoyulacaq. Həmçinin binanın qarşısında mərasim zalı da inşa olunacaq.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun