Partlamamış hərbi sursatları zərərsizləşdiriblər

  • Space TV
  • 6 May 2020 15:36

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi Ağstafa rayonunun Saloğlu kəndi ərazisində 700-dən çox partlamamamış hərbi sursat mərkəzi məhvetmə sahəsində zərərsizləşdirdi.

ANAMA səlahiyyətlisinin sözlərinə görə hərbi sursatlar daha çox Ağstafa və Qazax rayonu ərazisindən tapılır. Çünki 1991-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığındakı sursat anbarının partlaması nəticədə 40 milyon kvadratmetr əraziyə partlayıcı maddə və digər hərbi sursat yayılıb  və ərazi bu cür təhlükəli sursatlarla çirklənib. Gəncə, Şəmkir,Tovuz,Qazaxdan da müraciətlər olur.     tapılan sursatlar barədə müraciətlər 102 və 112 zəng mərkəzləri tərəfindən daxil olur və ANAMA həmin ərazidə təmizləmə işləri aparır.

Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupu çağırış və müraciət əsasında axtarışlarını davam etdirirlər.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun