Partiyasından Trampa dəstək: 2024-cü il seçkisində qalib gələcək

  • Space TV
  • 25 Fevral 2021 10:17

Keçmiş prezident Donald Tramp seçkilərdə yenidən iştirak etmək istəyəcəyi halda respublikaçılar onu dəstəkləyəcək.

“The New York Times”ın məlumatına görə, bu barədə respublikaçı-senator Mitt Romni deyib.

O, Donald Trampın bundan sonra da Respublikaçılar Partiyası üçün böyük rol oynayacağına əminliyini ifadə edib.

“Bilmirəm o, 2024-cü ildə prezident seçkilərində öz namizədliyini verəcək, yoxsa yox, ancaq əgər verərsə, mən demək olar, əminəm ki, qalib gələcək”, – deyə senator bildirib.

Paylaş

 Xəbəriniz olsun