Partiya sədri: “Bu sahədə ən düzgün mövqe tutan Azərbaycan Prezidentidir”

  • SpaceTV
  • 8 May 2020 10:37

“Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşü bütün dünya üçün əhəmiyyətli hadisədir”.

Bunu SPACE TV-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

O bildirib ki, Prezident İham Əliyev Zirvə toplantısında koronavirusa qarşı mübarizə üçün birgə səylər tələb olunduğunu bütün dünyaya bəyan etdi.

Partiya sədri qeyd edib ki, pandemiya bir ölkədə qalsa belə, bu, bütün dünya üçün təhlükədir.

“Ona görə də cənab Prezident İlham Əliyevin Zirvə görüşündə mühüm təşəbbüslə çıxış etməsi və Qoşulmama Hərəkatının Təmas Qrupunun yekdilliklə onu dəstəkləməsi Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir. Bu, həm də cənab Prezidentin nüfuzunu nümayiş etdirir”, -deyə A.Səmədov əlavə edib.

Onun fikrincə, koronavirusa qarşı mübarizə bundan sonra daha da cidd səylər tələb edir:

“Bu sahədə ən düzgün mövqe tutan Azərbaycan Prezidentidir. Bütün dünya da bunu qəbul edir”.

Mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.

Zirvə görüşünün yekununda Bəyannamə qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun