Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi

  • Space TV
  • 22 Yanvar 2021 15:19

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilənonlayn iclasında 2021-ci ilin yaz sessiyası üçün iş planı təqdim edilib.

Spacetv.az  xəbər verir ki, komitənin sədri Tahir Mirkişili sözlərinə görə, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin, habelə “Lombardlar haqqında”, “Turizm haqqında” layihələrin müzakirəsi nəzərdə tutulub.

Komitədə, həmçinin “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə, Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabata da baxılacaq.

Sessiya ərzində Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarının icrası ilə əlaqədar, işçi qrupların yaradılması və onların işini təşkili, aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin, ictimai dinləmələrin keçirilməsi ilə bağlı bir sıra tədbirlər də planlaşdırılır.

İclasda komitə sədrinin müavini Əli Məsimli, deputatlardan Aydın Hüseynov, Mahir Abbaszadə, Ziyad Səmədzadə, Elnur Allahverdiyev, Vüqar Bayramov çıxış edərək 2020-ci ilin payız sessiyasında görülən işlər və 2021-ci ilin yaz sessiyasının iş planı ilə bağlı fikirlərini açıqlayıblar, bir sıra təkliflərini səsləndiriblər.

Paylaş

 Xəbəriniz olsun