Parlamentin fəaliyyəti dayandı

  • SpaceTV
  • 29 Avqust 2019 15:58

Böyük Britaniya parlamentinin fəaliyyəti oktyabrın 14-dək dayandırılıb. Baş nazir Boris Conson açıqlama verib ki, belə bir addım ölkənin Avropa İttifaqı üzvlüyündən müvafiq saziş imzalamadan çıxmasını İcmalar Palatası üzvlərinin əngəlləməsinə yol verməmək üçün atılıb.

Beləliklə, “sərt Brexit”in təyin olunduğu oktyabrın 31-dək qalan vaxt ərzində buna mane olmaq müşkül olacaq. Böyük Britaniya parlamentinin İcmalar Palatasının fəaliyyətini dayandırmamaq tələbini imzalayanların sayı 100 mini keçib. Parlamentin saytına istinadən xəbər verir ki, bu barədə müraciət baş nazir Boris Conson tərəfindən bir qədər əvvəl parlamentinin fəaliyyətini oktyabrın 14-dək dayandırmaq qərarı verilməsindən dərhal sonra yerləşdirilib. Həmin vaxtdan etibarən müraciət altında hər dəqiqə orta hesabla 1300-dək imza qoyulur. Ölkədəki mövcud qaydaya görə, 10 mindən artıq imza toplayan hər hansı müraciəti hökumət rəsmi şəkildə cavablandırmalı, 100 mindən artıq imza toplandıqda isə parlament tərəfindən müzakirə olunmalıdır.

Paylaş

 Xəbəriniz olsun