Parlament seçkiləri ilə bağlı Təqvim Planı təsdiqləndi

  • SpaceTV
  • 7 Dekabr 2019 16:41

Mərkəzi Seçki Komissiyasında (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı müzakirəyə çıxarılıb.

SPACE TV xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib, həmçinin MSK-nın bəz normativ xarakterli aktlarına dair müzakirələr aparılıb.

Paylaş

 Xəbəriniz olsun