Parlament Peru prezidentinə qarşı impiçment elan etdi

  • Space TV
  • 12 Sentyabr 2020 12:20

Peru Konqresi (bir palatalı parlament) ölkə Prezidenti Martin Vizkarranın vəzifəsindən kənarlaşdırılmasına dair qətnamə layihəsini qəbul edib.

Spacetv.az xəbər verri ki, bu barədə “Andina” agentliyi məlumat yayıb.

Mənbə yazır ki, 65 deputat təklifin lehinə, 36 nəfər əleyhinə səs verib. 24 deputat bitərəf qalıb.

İmpiçment tərəfdarları hesab edir ki, Martin Vizkarra “mənəvi qabiliyyətsizlik” səbəbindən vəzifəsinə davam edə bilməz.

Qətnamənin müəllifləri qeyd edirlər ki, prezident müğənni Riçard Svingin cinayət işinin araşdırılmasına və parlament tərəfindən aparılan istintaqa mane olub.

Paylaş

 Xəbəriniz olsun