Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi

  • Space TV
  • 11 Dekabr 2020 11:47

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb.

Spacetv.az-ın xəbərinə görə, sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun