Parkda yuxuya getdilər, toy üçün yığdıqları pul oğurlandı – FOTO

  • SpaceTV
  • 23 Sentyabr 2020 10:09

Türkiyənin Mersin şəhərində parkda yuxuya gedən cütlüyün toyları üçün yığdıqları pul oğurlanıb.

Spacetv.az Sondakika.com-a istinadən xəbər verir ki, 35 yaşlı Fatma Polat və 51 yaşlı Mustafa Zülküflü parkta oturduqları yerdə yuxuya gediblər. Onlar səhər oyananda görüblər ki çantaları oğurlanıb.

Çantanın içində 800 avro (1 613 AZN) və 650 lirə (144 AZN) toyları üçün yığdıqları pul olub.

Cütlük bu barədə polisə şikayət edib.

F.Polat uzun müddət yatdıqlarına görə, onlara yuxugətirici maddə qoxuladıldığından şübhələnir.

Paylaş

 Xəbəriniz olsun