Parisdə sürücülər tabutla etiraz aksiyası keçirdilər

  • Space TV
  • 23 İyun 2020 11:55

Fransanın paytaxtı Parisdə sürücülər etiraz aksiyası keçiriblər.

“HaberGlobal” məlumat verir ki, 200 sürücü Paris meri Anne Hidalqonun bəzi prospektlərdə və bulvarda onların fəaliyyətini qadağan edən qərarına etiraz ediblər.

Qərara əsasən, velosiped, taksi və sərnişin avtobuslarından başqa, həmin ərazilərdə digər avtomobillərin hərəkətinə qadağa qoyulub.

Şəxsi avtomobilləri ilə taksi xidməti göstərən sürücülər çiyinlərində tabutla etiraza qatılıblar.

Onlar bildirib ki, Luvr muzeyi və digər tarixi yerlərə gedən əsas yolların onlara “bağlı olması” səbəbindən dolayı yollardan istifadə edirlər və bu da gəlir itkisinə səbəb olur.

Paylaş

 Xəbəriniz olsun