Parisdə naməlum şəxs insanlara hücum edib, yaralananlar var

  • SpaceTV
  • 25 Sentyabr 2020 14:59

Fransanın paytaxtı Parisdə naməlum şəxs soyuq silahla insanlara hücum edib. 

Spacetv.az BFM TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib.

Qeyd olunub ki, hadisə “Şarli Hebdo” satirik jurnalının keçmiş binası qarşısında baş verib.

Paylaş

 Xəbəriniz olsun