Paraqvay Senatının sədri: “Gəncəyə vurulan zərbələrə görə cavabdehləri cəzalandırmaq lazımdır”

  • Space TV
  • 20 Oktyabr 2020 12:54

“Ermənistanın Gəncəyə qəddar hücumları insanlığa qarşı dəhşətli cinayətdir”.

Spacetv.az-ın məlumatına görə, Paraqvay Senatının sədri Oskar Ruben Salomon Fernandes oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncənin dinc sakinlərinə qarşı raket zərbələrini şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbi Avropaya səfəri qadağan olunmalı, hərəkətləri NATO rəhbərliyi tərəfindən sərt şəkildə pislənilməli, Avropa Şurasının prezidenti isə vəhşiliyə görə məsuliyyət daşıyanların cəzalandırılması üçün siyasi tədbirlər görməlidir.

“Paraqvay xalqı bu çox çətin dövrlərdə Azərbaycan xalqının yanındadır”, – deyə Paraqvay Senatının sədri bəyan edib.

Paylaş

 Xəbəriniz olsun