Paralimpiya çempionumuz “Tokio 2020”yə lisenziya qazandı

  • SpaceTV
  • 12 Noyabr 2019 12:09

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatı davam edir.

SPACE TV  xəbər verir ki, çempionatın beşinci günündə azərbaycanlı idmançı, Paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılıb. 

F56 kateqoriyasında lövhə atma yarışında paralimpiyaçımız 41.58 metrlik nəticə göstərib.

Dördüncü yerə çıxan Oloxan Musayev XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Beləliklə, Tokio Paralimpiadasına lisenziya qazanan azərbaycanlı idmançıların sayı yeddiyə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl eyni yarışda daha iki idmançımız – Kamil Əliyev və Samir Nəbiyev də yüksək nəticə göstərərək “Tokio 2020”yə lisenziya əldə etmişdi.

Paylaş

 Xəbəriniz olsun