Pandemiyaya görə iki milyard ABŞ dolları həcmində maliyyə yardımı ayrılıb

  • Space TV
  • 15 Dekabr 2020 15:27

Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyası və bu səbəbdən ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində ayrılan maliyyə yardımının ümumi həcmi iki milyard ABŞ dollarından çoxdur.

Spacetv.az-ın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “KPMG Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda Xarici Biznes 2020” hesabatının rəsmi təqdimatında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, sosial dəstək tədbirləri indiyədək beş milyona yaxın insanı əhatə edib və 14 dekabrdan ölkədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq əhaliyə ödənişlər formasında yenidən dəstək göstəriləcək:

“Yeni sərtləşdirici tədbirlərin tətbiqi ilə əlaqədar əhaliyə yenidən ödənişlər ediləcək. Ümumilikdə, sözügedən sərtləşdirici tədbirlər ölkə üzrə 458 min işçini əhatə edib. Ümumi dəstək paketinin dəyəri iki milyard dollardan çoxdur və mikrobizneslərə və sosial paketinin hissəsi olan işsizlərə yönəlir”.

Paylaş

 Xəbəriniz olsun