Pandemiyaya baxmayaraq Tokioda Olimpiya Oyunları keçiriləcək

  • Space TV
  • 7 Sentyabr 2020 11:29

Tokioda Olimpiya Oyunları koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olmayaraq keçiriləcək. 

Spacetv.az AFP-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) vitse-prezidenti Con Kouts bildirib.

Qeyd edək ki, Olimpiada 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Ancaq BOK prezidenti Tomas Baxla Yaponiyanın baş naziri Sindzo Abe arasında baş tutan telefon danışığı zamanı yarışmanın bir il təxirə salınması məsələsi müzakirə olunub. Abe görüşdən sonra koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən Olimpiadanı 2021-ci ilə təxirə salmaqla bağlı razılığa gəldiklərini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən bu cür qərar qəbul olunub. Tokio-2020-nin adı dəyişdirilməyəcək və yarış gələn ilin yayında baş tutacaq. Yarışlar üç prinsip – təhlükəsiz mühitin təmin edilməsi, xərclərin minimuma endirilməsi və oyunların daha çox təhlükəsizliyi üçün formatın sadələşdirilməsi əsasında təşkil ediləcək.

IOC-nin Tokio Olimpiadası üçün koordinasiya komissiyasına da rəhbərlik edən Kouts koronavirus olsa da, olmasa da yarışmanın keçiriləcəyini vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun