PANDEMİYANIN İQTİSADİ TƏSİRLƏRİ

  • SpaceTV
  • 2 İyul 2020 10:43

Nazir qeyd etdi ki, pandemiya və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb.

Nazir  artıq 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərildiyini, bu proqramların işçi heyəti ilə birlikdə 310 mindən artıq vətəndaşı əhatə etdiyini bildirib. Aktiv vergi ödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb. Biznesə vergi güzəştləri paketi barədə məlumat verən nazir qeyd etdi ki, qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manatdır.

Mikayıl Cabbarov  onu da bildirdi ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 mlrd. manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə başlanılır. Nazir ölkəmizin tranzit potensialının daha dolğun reallaşmasına yönələn layihələrin həyata keçiriləcəyini, bu məqsədlə infrastrukturun genişləndirilməsinə sərmayələrin artacağını qeyd etdi.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun