Pandemiya şəraitində təsərrüfatlarda əkin mövsümünün pozulmaması üçün yerlərdə bu işlərə nəzarət artırılıb

  • SpaceTV
  • 17 Aprel 2020 14:10

Koronavirus pandemiyasına baxmayaraq kənd təsərrüfatında işlər öz axarında gedir. Kənd Təsərrüfatı Nazirliyinin nəzarəti altında regionlarda dənli, o cümlədən  qarğıdalı bitgilərin əkini başlayıb. Hazırda Samux və Göygöl rayonlarında bu istiqamətdə işlər davam etdirilir.

Rəsmi rəqmləə görə bu il Gəncə ətrafı rayonlarda, yəni Samux və Göygöldə təxminən 800 hektardan artıq dənli bitkilər əkiləcək. Dövlət tərəfindən ayrılan dotasiyalar fermerlərin  aqrar istehsalın bu sahəsinə olan marağını daha da artırıb. Paralel olaraq əkin sahələrinin gəmiricilərə qarşı dərmanlanması da həyata keçirilir. Onu da bidirək ki, ölkə ərazisində dənli bitkilərlə yanaşı pambıq əkininə də başlanılıb.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun