Pambıqçılıqda rekord

  • SpaceTV
  • 19 Oktyabr 2019 17:58

İndiki nəticələrə görə Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini, Əlibala Səlimov ölkə üzrə pambıqçılar arasında hələlik birincidir. Təcrübəli pambıqçı hər hektardan 60 sentner “ağ qızıl” pstehsal edib. Bu göstərici ilə o, ötən ilki rekordunu da 2 sentner üstələyib. “Əmək” ordenli pambıqçı həm də liderlik uğrunda yarışan iki pambıqçıdan biridir. Rəqibi isə sabirabadlı pambıq ustası Fatma Hüseynovadır. Pambıq ustası deyir ki, yüksək nəticəyə, aqrotexniki qaydalara düzgün riayət etməklə yanaşı, zəngin təcrübəsi də kömək olub. O, həmdə bu birinci dəfə olaraq toxum yetişdirməklədə ilkə imza atıb. Belə ki, 30 hektar sahənin 20 hektarında elit toxum əkib, nəticədə yüksək repreduksiyalı, birinci sort toxum əldə edib.

Ümumiyyətlə  bu günə qədər tədarük məntəqəsinə 180 ton “ağ qızıl” təhvil verib. Bu göstərici ilə o, həm də rayondakı fermelrlər arasında ümumi istehsala görə də birincilik qazanıb. Sahələrdə isə hələ məhsul boldur. Pambıq yığımı yenə də davam edir.

Təyyar Nəsirli  SPACE TV

Paylaş

 Xəbəriniz olsun