Pambıqçılıq sahəsinin inkişaf etdirilməsi yönündə yeni-yeni işlər görülür, müxtəlif layihələr həyata keçirilir

  • SpaceTV
  • 29 İyul 2020 14:39

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyi arasında  bağlanmış müqaviləyə əsasən, pambıqçılığın inkişaf etdirilməsi, yüksək məhsuldarlıq əldə edilməsi üçün şoranlığa, xəstəlik və zərərvericilərə qarşı dözümlü olan yeni sortların alınması üçün elmi-tədqiqat işləri aparılır.  Əsas məqsədlərdən biri də ölkəmizdə xam pambığın dinamik inkişafını təmin etmək və toxumçuluq sənayesinin mahlıca olan tələbatını ödəməkdən ibarətdir.  Qamma şüalarının müxtəlif dozalarının pambıq bitkisinin toxumuna təsirindən seleksiya üçün başlanğıc materialın alınması seçilmiş hədəflərdən sayılır. Tədqiqat məqsədilə toxumu iki il müddətində öz-özünə tozlanmadan alınan “Gəncə  – 78” və “Gəncə – 80” rayonlaşmış pambıq sortlarından istifadə edilir.

Ötən il alınmış yeni – mutant formalar üzərində bu il yenidən təkrar səpin aparmaqla təcrübə işləri davam etdirilir. Sınaqdan keçən yeni sortlar sırf qlobal istilərə qarşı istiqamətləndiyindən quraqlığa və şoranlığa dözümlü olması ilə yanaşı, həm də tez və yüksək məhsuldarlığı ilə seçilir. Bu sort pambığın artıq sınaqlardan uğurla çıxdığı və əkin sahələrinin daha da genişlənəcəyi bildirilir.

                                                                            VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun