Pambıq

  • Space TV
  • 31 Oktyabr 2019 16:08

Tədarük olunan “ağ qızıl”  tayalara yığılır. Rayon üzrə  bir çox  sahələrdə  ilk yığım yekunlaşıb  və  bununla yanaşı ikinci  yığım aparılır. Gün ərzində 200 tondan artıq məhsul toplananaraq məntəqələrə yola salınır. Təsərrüfat sahibləri  artıq  pambıq tarlalarında ikinci yığımı həyata keçirirlər.  Qeyd edək ki,   pambıq yığımına 30-a yaxın kombayn, 180  ədəd qoşqu  və  70  traktor cəlb edilib. İndiyədək rayon üzrə 17 min 175 tondan artıq məhsul istehsal olunub ki, bunun da 14 min 945 tonu pambıqyığan maşınların payına düşür. Hazırda hər hektardan 23 sentner məhsul toplanılıb. Hədəfdə isə 1 hektardan 25-30 sentner məhsul götürməkdir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun