Pambıq yığımına başlanılıb

  • SpaceTV
  • 2 Oktyabr 2019 20:02

Bərdə rayonunda min bir zəhmətlə hasilə gətirilən “Ağ qızıl”ın artıq pambıq yığan maşınlarla yığımına start verilib. Bərdə rayonu pambıqçılıqla bağlı əkin sahəsinə görə ilk dördlükdə olan rayonlardandır. Belə ki, bu il rayonda 10 min 140 hektar sahədə pambıq əkini aparılıb. Məhsuldarlıq da yüksəkdir. Son məlumata görə artıq 8 min tondan artıq pambıq yığılaraq, emal müəssisələrinə təhvil verilib. Havaların əlverişli keçməsi yaxın bir həftə ərzində 2-3 dəfə artmasına zəminlik yaradır. Bu məqsədlə təsərrüfat sahibləri zəhmətlə hasilə gətirdikləri məhsulu tez və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Bu il pambıq yığımı əsasən texnikalar vasitəsi ilə həyata keçirilir.  Texnika ilə yığılan məhsulun maya dəyəri əllə yığımından xeyli aşağı olduğu bildirilir. İlk dəfə olaraq pambıq sahələrinin 90 faizdən çoxu texnika vasitəsi ilə həyata keçirilərəcək. Kənd təsərrüafatlı Nazirliyinin mütəxəssisi bildirir ki, bu il 469 texnikanın pambıq yığımına cəlb olunması nəzərdə tutulub ki, artıq 435 texnika sahələrdə pambıq yığmaqla məşğuldur. Artıq ölkədə 10 gün müddətində 80 min tondan artıq pambıq yığılıb. Gündəlik 7 min ton səviyyəni keçir. Bu da əvvəlki illərlə müqayisədə çoxdur. Pambıq yığımının əsas hissəsi oktyabr ayının ikinci on günlüyünə qədər yekunlaşdırılacaq. Qeyd edək ki, gələn ildən etibarən fermerlər hər hektara görə 220 manata subsidiya da ala biləcək. Bundan başqa emal müəssisələrə verilən pambığa görə 10 qəpik müəyyən olunub. Həmçinin fermer hektardan orta hesabla 30 sentner məhsul götürəcəksə, dövlət tərəfindən verilən subsidiyanın miqdarı 520 manat təşkil edəcək. Qeyd edək ki,  bu ilin yanvar – iyul ayları ərzində, yəni 7 ay ərzində ölkədə mahrız və iplik şəklində xaricə 100 milyon dollarlıq məhsul ixrac olunub ki, bu da kifayət qədər böyük rəqəm deməkdir. Gələcəkdə bu sahədə ixracın artımı da gözlənilir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun