Pambıq yığılır

  • SpaceTV
  • 24 Oktyabr 2019 15:56

Pambıqçı-mexanizator Mübariz Əliyev deyir ki, məhsuldarlığın yüksək olmasına  rayonun bütün  pambıq tarlalarında şahid olub. Tarlalarda “ağ qızılın” çoxluğu torpaq sahibləri kimi mexanizatorları da sevindirib. Çünki məhsul bol olduğundan ruhlanıb daha məhsuldar çalışırlar. Hazırda yığım aparılan sahələrdə rayon üzrə orta məhsuldarlıq 30 sentnerdən yüksəkdir.

Təsərrüfat sahibi Şahin Zeynalov isə hər hektardan 50 sentner məhsul toplayıb.  Hdəfi isə 60 sentnerdir. Hədəfinə çatacağına da əmindir. Çünki kolların üzərində hazırda xeyli miqdarda bar qozaları var. O, uğurlu nəticənin sirrini zəhmətə qatlaşmaqda və əkin yerlərinə düzgün aqrotexniki qulluqda görür.

 Qeyd edək ki, bu mövsüm Neftçalada 4078 hektar ərazidə pambıq becərilib. 15 min tondan artıq “ağ qızıl” tədarük ediləcəyi gözlənilir. İndiyədək isə rayon üzrə 13 min tondan çox “ağ qızıl” istehsal olunub.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun