Pambıq emalı

  • SpaceTV
  • 8 Oktyabr 2019 17:07

Artıq bir neçə gündür Neftçalada  yığılan “ağ qızıl”dan mahlıc istehsal edilir. Bu il rayonda 3500 tondan artıq mahlıc istehsal olunacağı proqnozlaşdırılıb.

Ötən ayın birinci ongünlüyündən etibarən kütləvi pambıq yığımına başlayan neftçalalı fermerlər tərəfindən bu günə qədər 6 min tona yaxın məhsul yığılıb. Artıq yeni yığılan pambığın 420 tonu emal edilib, 174 ton mahlıc alınıb. Hazırda mahlıc çıxışı 41.5% təşkil edir ki, bu da çox yüksək göstərici hesab olunur.

Ümumiyyətlə xam pambıq ilkin emal zamanı 4 mərhələdən keçir. Prosesə başlamazdan öncə məhsul borularla zavodun quruducu-təmizləyici kürəsinə göndərilir, yüksək həratarət altında qurudularaq ilkin emal sexinə ötürülür. Beləliklə “ağ qızıl”dan ilkin emal zamanı 5 növdə məhsul alınır.

Qeyd edək ki, bu mövsüm Neftçalada istehsal olunan pambıqdan ilkin emal nəticəsində 3 min 500 tondan artıq mahlıc alınacaq. Ümumiyyətlə isə ölkə üzrə bu ilki məhsuldan 70 min tondan artıq  təkcə məhlıcın əldə ediləcəyi gozlənilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun