Pakistanın yeni səfirinin nə zaman gələcəyi bəlli oldu

  • Space TV
  • 27 Avqust 2020 16:34

Pakistanın Azərbaycana təyin olunmuş yeni səfiri Bilal Haye sentyabrın 9-da Bakıya gələcək.

Bu barədə Spacetv.az-a həmin ölkənin səfirliyindən bildiriblər.

Qeyd edək ki, iyunun 23-də rəsmi olaraq Azərbaycana səfir təyin olunan Bilal Haye daha əvvəl Xarici İşlər Nazirliyi Amerikalar (Şimali və Cənubi Amerika) İdarəsinin baş direktoru vəzifəsini tutub.

Xatırladaq ki, əvvəlki səfir Səid Xan Mohmənd bu vəzifədə 2016-cı ildən çalışıb.

Paylaş

 Xəbəriniz olsun