Pakistanın XİN başçısı Ermənistanı qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırıb

  • SpaceTV
  • 24 Sentyabr 2019 10:46

“Space”  Xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın Xarici İşlər naziri Mahmud Qureşi Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırıb. Məlumata görə, bu barədə XİN başçısı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təmas qrupunun Nyu-Yorkdakı görüşündə söyləyib.

Diplomat Pakistanın hər hansı bir mübahisəli ərazinin statusunu dəyişdirmək cəhdinə qarşı olduğunu vurğulayıb və Ermənistanın beynəlxalq qanunlara riayət edərək uzun müddət davam edən bu münaqişənin həllində öz rolunu oynayacağına ümidvar olduğunu bildirib.

Pakistan XİN başçısı 1994-cü ildən bəri münaqişə nəticəsində 1 milyon insanın didərgin düşdüyünü deyib.

Paylaş

 Xəbəriniz olsun