Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı artıb

  • Space TV
  • 15 Yanvar 2020 12:22

Pakistanda güclü qar insan ölümlərinin artmasına səbəb olub.

“Daily Times”ın yaydığı xəbərə görə, qar uçqunu və sel nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

Məlumata görə, 62 nəfər Kəşmirin Pakistana tabe olan hissəsində, 31 nəfər isə Bəlucistanın cənub-qərb hissəsində ölüb.

Bundan əlavə, 76 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, daha əvvəl qar uçqunu nəticəsində 26 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Paylaş

 Xəbəriniz olsun