Pakistanda son 20 ilin ən güclü qarı: 14 ölü, 4 yaralı

  • SpaceTV
  • 13 Yanvar 2020 17:05

Pakistanın Bəlucistan əyalətində sonra 20 ilin ən güclü qarı yağıb.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, əyalətdə qar qalınlığı ortalamanı keçib. Belə ki, ilin bu dönəmində ortalama 50 sm olan qar qalınlığının 1,4 metrə çatdığı bildirilib. Yağıntıların səbəbi ilə bir evin damının çökməsi nəticəsində 7 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Yığılan qar nəticəsində çökən damlar əyalətində başqa yerlərində də ölümlərlə nəticələnib. Ümumilikdə 14 nəfərin öldüyü bildirilir.

Əyalətdəki hava limanında bir çox uçuşlar təxirə salınıb.

Paylaş

 Xəbəriniz olsun