Pakistanda qəzaya uğrayan sərnişin təyyarəsinin pilotu xəbərdarlığa məhəl qoymayıb

  • SpaceTV
  • 4 İyun 2020 10:46

Mayın 22-də qəzaya uğramış “Pakistan Hava Yolları” (Pakistan International Airlines) aviaşirkətinə məxsus “Airbus 320” sərnişin təyyarəsinin pilotu eniş əsnasında təlimatı pozub.

Bu barədə “News International” nəşri Pakistanın Mülki Aviasiya İdarəsinin hesabatına istinadən xəbər yayıb.

Sənəddə qeyd olunur ki, “Airbus 320” təyyarəsi eniş üçün nəzərdə tutulan uçuş sürətini və hündürlüyü pozub.

Dispetçer nöqsanlar barədə təyyarənin pilotuna iki dəfə xəbərdarlıq etsə də, o, enişi həyata keçirməkdə israr edib.

Qeyd edək ki, “Pakistan Hava Yolları” şirkətinə məxsus “Airbus 320″ sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 99 sərnişin və səkkiz ekipaj üzvü olmaqla, 107 nəfər həlak olub.

Paylaş

 Xəbəriniz olsun