Pakistanda mədən çökdü: Ölən və yaralananlar var

  • Space TV
  • 8 Sentyabr 2020 12:11

Pakistanın şimal-qərbində mərmər mədəninin çökməsi nəticəsində ən az 12 nəfər ölüb, daha altı nəfər yaralanıb.

Spacetv.az xəbər verir ki, bu barədə Geo.tv kanalı xəbər verib.

Hadisə Hayber-Pakhtunkhva əyalətinin Mohmand dairəsində baş verib.

Məlumata görə, dağıntılar altında daha doqquz nəfər qalıb.

Polis qurbanların sayının arta biləcəyini istisna etməyib. Ona görə də axtarış əməliyyatına xüsusi texnikanın cəlb edilməsi və hadisə yerinə əlavə xilasetmə qruplarının göndərilməsi planlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun