Pakistanda hərbi maşın minaya düşdü: Dörd ölü, beş yaralı

  • SpaceTV
  • 22 Yanvar 2021 15:57

Pakistanın Bəlucistan əyalətində hərbi maşının keçidi zamanı mina partlayışı nəticəsində dörd əsgər ölüb, daha beşi yaralanıb.

Bu barədə “Hürriyet” məlumat yazıb.

Təhlükəsizlik qüvvələrinin yeni nəzarət məntəqəsi yaratmaq üçün hərbi maşınla Sibi bölgəsinə getdiyi qeyd olunur. Baş vermiş hadisə ilə bağlı hələlik məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Paylaş

 Xəbəriniz olsun