Pakistanda gəmi aşıb, 10 nəfər ölüb

  • Space TV
  • 18 Avqust 2020 11:30

Pakistanın cənubunda yerləşən göldə içərisində yerli turistlərin olduğu kiçikhəcmli gəmi aşıb. 

Spacetv.az-ın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə Sind əyalətindəki Kindjxar gölündə baş verib. Xilasedicilər sudan 10 nəfərin meyitini çıxarıblar. Ölənlərdən 2 nəfəri azyaşlı olub.

Sudan sağ çıxarılan bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

Yerli mətbuatın məlumatına görə, hadisənin baş verməsinə güclü külək səbəb olub.

Paylaş

 Xəbəriniz olsun