Pakistanda faciə: Toydan qayıdan uşaqlarla dolu avtobus kanala düşdü

  • Space TV
  • 11 Noyabr 2020 11:38

Pakistanın Hayber-Paxtunxva əyalətində “çinçi” adlanan üçtəkərli mikroavtobusun kanala düşməsi nəticəsində uşaqlar da daxil olmaqla, 20 nəfər həyatını itirib.

Spacetv.az “Hürriyet”ə istinadən xəbər verir ki, həmin şəxslər toydan qayıdırmış.

Səlahiyyətlilər bildirib ki, Paroa qəsəbəsi yaxınlığında meydana gələn qəzadan üç nəfər xilas edilib. Sərnişinlərin əksəriyyəti uşaq olub.

İtkin düşən dörd nəfərin axtarış-xilasetmə işləri davam edir.

Paylaş

 Xəbəriniz olsun