PAKİSTANDA DƏHŞƏT: Çox sayda ölü və yaralı var

  • SpaceTV
  • 24 Fevral 2020 13:54

Pakistanın Kvetta əyalətində mayeləşdirilmiş təbii qaz silindrləri daşıyan avtomobildə partlayış olub.

SPACE TV xəbər verir ki, bu barədə “Samaa” agentliyi infomasiya yayıb.

Bildirilir ki, partlayış nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlərdən 1 nəfəri hadisə yerində, digərləri isə xəstəxanalarda dünyasını dəyişib.

Yaralılar yanıq xəsarətləri ilə xəstəxanalara aparılıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Paylaş

 Xəbəriniz olsun