Space TV -nin xarici mətbuata istinadən verdiyi məlumata görə, Pakistanın şimalında sərnişin avtobusunun çaya düşməsi nəticəsində ən azı 24 nəfər ölüb.
Sərnişin avtobusunun toya getdiyi bildirilir. Avtobus idarəetməni itirərək körpüdən çaya aşıb. Avtobusda olan 24 sərnişin dünyasını dəyişib, 2 nəfər avtobusu vaxtında tərk etdiyinə görə, sağ qalıb.